Azərbaycanda avtomobillərin istilik pompasına ehtiyacı varmı? İstilik nasosu nədir və niyə bu qədər vacibdir?

2025-05-27

İstilik pompası(istilik nasosu) avtomobilin salonunu isidərkən havadakı və ya batareyadakı mövcud istiliyi dövriyyəyə salan enerjiyə qənaətli sistemdir. Ən sadə dildə desək, bu sistem kondisionerin tərs işləməsi kimidir: Adi kondisoner çöldəki isti havanı soyudaraq içəriyə verir.

İstilik nasosu isə tam əksini edir -çöldəki soyuq havadan istiliyi toplayaraq maşının içinə köçürür və beləliklə salondakı istiliyi təmin edir. Adi “rezistorlu istilik sistemləri” elektriki birbaşa istiliyə çevirir. Bu isə batareyanı çox tez boşaldır. İstilik pompası isə eyni nəticəni 2-3 dəfə az enerji ilə əldə edir. Yəni, istilik nasosu istilik yaratmır, sadəcə pompa kimi bir yerdən digərinə istiliyi ötürür. Benzin avtomobillərində istilik pompasının (istilik nasosu) rolu biz çoxumuza məlumdur.

Bəs elektrikli avtomobillərdə (ENV) istilik pompasının rolu necədir,buna nəzər salaq.

Elektrikli avtomobilləri üçün (ENV) istilik pompası ‘gizli qəhraman’dır. İstilik pompası (ENV) texnologiyasının çox vacib hissəsidir.Elektrikli avtomobillərimizin hərəkət məsafəsinin ən güclü qoruyucusudur. Benzin mühəriiklərində enerjinin sadəcə 20%-30% enerjiyə çevirən,qalan 70%-80% israf edən istilik pompası elektrik avtomobillərində(ENV) bunun tam əksini edir.Enerjinin 80%-90 qoruyur və israfın qarşısını alır.

İstilik nasosu(istilik pompası) necə işləyir

Ağıllı enerji idarə etmə sistemi olduğu üçün enerjini yalnızca çöldən almır.

  • Çöl Havası: Hətta -10 dərəcə şaxtada belə havada hələ də istilik enerjisi var. Nasos bu istiliyi udur.

  • Batareya İstiliyi: Batareya işləyərkən yüngülcə isinir. Bu "israf istiliyi" boş yerə itirilmək əvəzinə, nasos tərəfindən toplanılır.

  • Elektrik Komponentlərinin İstiliyi: Mühərrikin və digər güc elektronikası sistemlərinin yaratdığı cüzi istilik də toplanır.

Bütün bu toplanmış istilik sonra sıxılır (kompressor vasitəsilə) və temperaturu yüksəldilərək, isti hava olaraq salona ötürülür.

Niyə elektrikli avtomobil (ENV) alarkən istilik  pompasına diqqət yetirməliyik?

  • Qışda Range qorunması: İstilik nasosu olan avtomobillər qış aylarında, istilik sistemi işləyərkən, istilik nasosu olmayan modellərə nisbətən daha az məsafə itirir. Bu, uzaq yollara çıxanlar üçün kritikdir.

  • Sürətli İsitmə və Soyutma: Həm isti, həm də soyuq havada kabin temperaturunu daha tez optimal səviyyəyə çatdırır.

  • Batareyanın Ömrü: İstilik nasosu batareyanı yalnız isitmir, həm də soyudur. Bu, batareyanı optimal işləmə temperaturunda saxlayaraq onun ömrünü uzadır və sürətli enerji doldurulmasını asanlaşdırır.

İstilik nasosu elektrik avtomobilini yalnız rahat etmir, həm də onun enerji səmərəliliyini, batareya ömrünü və qış performansını qoruyur. Əgər elektrikli avtomobil alırsınızsa, mütləq texniki göstəricilər siyahısında “Heat Pump” sətirinə baxınmodeldə istilik pompası var, ya yox. Bu kiçik detal uzunmüddətli istifadədə böyük fərq yaradır.

Azərbaycanda istilik pompasına ehtiyac varmı?

Bir çoxları düşünür ki, Azərbaycanın iqlimi yumşaqdır və istilik pompasına ehtiyac yoxdur.
Amma bu fikir tam doğru deyil.

Qış aylarında xüsusilə şimal və dağlıq bölgələrdə, həmçinin payızda və səhər tezdən temperatur 0°C ətrafında olur. Bu zaman istilik pompası həm komfort, həm də enerji səmərəliliyi baxımından əhəmiyyətli fərq yaradır.
Hətta Bakı kimi nisbətən isti şəhərlərdə belə qış aylarında batareya qorunması üçün istilik pompası mühüm rol oynayır.